Paytaxtda “1-ci Bakı Beynəlxalq Piano Festivalı” keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 9 may tarixində xəbər verir.
Festivalda bütün janrları özündə cəmləşdirən 15-ə yaxın konsert nəzərdə tutulur.
20-27 may tarixlərində keçiriləcək festivalda caz, flamenko, tanqo, müasir musiqi, klassik, türk sənət musiqisi səslənəcək.
Festivala biletləri onlayn əldə edə bilərsiniz. Biletlərin qiyməti keçiriləcək məkan və konsertdən asılı olaraq dəyişir.