Bakıda Çingiz Aytmatovun heykəli ucaldılacaq. Bu haqda APA xəbər verib.
Heykəlin gələn il açılışı olacağı gözlənilir. Bunu bu gün Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev mətbuat konfransında bildirib.
“Bakı küçələrdən birinə də Çingiz Aytmatovun adı veriləcək. Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi ilk növbədə bizim niyyətimizdir. Azərbaycan tərəfi buna razılıq verib, lakin bu barədə danışıqlar hələ tam yekunlaşmayıb”, - diplomat vurğulayıb.