16 noyabr tarixində Bakıda “Karabakh – Winter Wonderland” adlı sərginin açılış mərasimi keçiriləcək. 13 yanvar 2022-ci il tarixinədək davam edəcək sərgi “NARGIS” nəşriyyat evinin təşkilatçılığı ilə baş tutacaq.
“Karabakh – Winter Wonderland” instalyasiyası Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsinin rəmzi olan xarıbülbül gülünü tərənnüm edir.
Sərgidə paytaxtın tanınmış memarları və istedadlı qənnadıçıları tərəfindən hazırlanmış Şuşa qala divarlarından Ağdam məscidinədək Azərbaycanın mədəni abidələrinin, eləcə də Füzuli hava limanı və Bakı şəhərinin diqqətəlayiq yerlərinin miniatürləri nümayiş olunacaq.
Port Baku Mall-un 1-ci mərtəbəsində təşkil olunacaq sərgiyə giriş sərbəstdir.