Klassik musiqi həvəskarları olan paytaxt sakinləri üçün xoş xəbər var. 28 yanvar tarixində Bakıda klassik musiqi axşamı keçiriləcək.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq konsert saat 19:00-da başlayacaq.
Musiqi axşamında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin təqdimatı dirijor Rauf Abdullayevin başçılığı ilə olacaq.
Bir nəfər üçün biletlərin qiyməti seçdiyiniz yerdən asılı olaraq 4-15 manat arası dəyişir. Biletləri şəhərin kassalarından, və ya onlayn əldə edə bilərsiniz.