Bu gün Bakıda Latviya rejissorunun animasiya filmi nümayiş olunacaq. Bu barədə Latviyanın Azərbaycandakı Səfirliyinin mətbuat xidməti məlumat yayıb.
"Before the day breaks/Saule brauca debesīs" filminin nümayişi Flame Towers-də yerləşən Park Cinema kinoteatrının zalında saat 15:00-da baş tutacaq.
Filmin rejissoru latviyalı animator Roze Stiebradır.
Nümayiş Latviyanın "Kiçik Millət - Böyük Animasiya" Animasiya Filmləri Festivalı çərçivəsində keçiriləcək.