Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəniyyətimizin incisi – Qarabağ” sərgisinin açılış mərasimi 5 noyabr tarixində keçirilib. Bu haqda Mədəniyyət Nazirliyinin mətbuat xidməti verib.
Tədbir Əməkdar artist Təyyar Bayramov "Can Qarabağ" mahnısı ifası ilə başlayıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılışda Mədəniyyət Nazirliyinin başçısı Anar Kərimov, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev çıxış edidblər.
Rəsmi açılışdan sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi noyabrın sonuna qədər fəaliyyət göstərəcək. Sərgiyə giriş pulsuzdur.
[URIS id=13041]