YARAT Müasir İncəsənət Mərkəzi yanvarın 4-dən etibarən sərgi salonlarını ziyarətçilər üçün açıq elan edir. Bu haqda 525.az xəbər verib.
Bu gün, Azərbaycan Rəngkarlıq Muzeyində Mir Nadir Zeynalovun "Mistik ruhun ömrü" sərgisinin nümayişi keçirilir. Sərgi zamanı rəssamın öz şeirlərini oxuduğu səs yazıları və onun şəxsi arxivindən seçilmiş fotolar nümayiş olunur. Həmçinin Mir Nadir Zeynalovun musiqi alətlərindən ibarət şəxsi kolleksiyası sərgilənir.
Sərgi saat 12:00-dan 20:00-dək baş tutacaq. Giriş üçün ödəniş tələb olunmur.