15 yanvar tarixində Bakıda Miraç Çağrı Aktaşla görüş və imza günü keçiriləcək. Tədbir “LIBRAFF” mağazalar şəbəkəsinin “Park Akademiya” filialında və Kitabçı mağazasında baş tutacaq.
Saat 14:00 və 17:30-da keçiriləcək görüşlərin qəhrəmanı ən çox soruşulan müəllif kimi dəvət olunub.
Tədbirdə iştirak etmək üçün müəllifin kitablarını ˝LIBRAFF˝dan alarkən sizə təqdim edilən qəbzləri göstərməyiniz kifayətdir.
Pandemiya şərtlərini nəzərə alaraq zala giriş növbəli şəkildə təmin ediləcək. Qatılmaq istəyənlərin çoxluğunu nəzərə alaraq tədbir 2 fərqli məkanda keçiriləcək.
Tədbirə gələrkən qəbzləri özünüzlə gətirməyi unutmayın.