Bakı Kitab Mərkəzində 20-ci əsr rus ədəbiyyatının klassiki, Nobel mükafatı laureatı İosif Brodskinin yaradıcılığına həsr olunmuş “İranə Qasımova ilə poeziya klassikləri” layihəsinin 10 illik yubiley gecəsi keçirilib. Bu haqda bu gün, 28 yanvar tarixində mərkəzin İnstagram səhifəsində məlumat yayılıb.
Gecədə İosif Brodskinin ən məşhur şeirləri vokalist, bəstəkar, pedaqoq Qasım Xəlilov, aktrisa və aparıcı Natella Kərimova, eləcə də şairlər və layihənin daimi üzvləri - Leyla Salayeva, Leyla Qurbanova, Cavid Osmanov, Hacı Həşimov, Arzu Məmmədova və başqaları səsləndiriblər.
İrana Qasımovanın layihəsi 2019-ci il 25 iyun tarixində Aleksandr Puşkinin yaradıcılığına həsr olunmuş axşamla başlamışdır.
İosif Brodskiy (24 may 1940 - 28 yanvar 1996) - rus və amerikalı şair, esseist, müəllim, dramaturq və tərcüməçidir. 1987-ci ildə ədəbiyyat üzrə Nobel laureatı mükafatını almışdır.