Paytaxtın Səbail rayonunda yerləşən XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Açıq Mikrofon” layihəsi təşkil olunacaq. Bu haqda “YARAT”ın rəsmi İnstagram səhifəsində məlumat yayılıb.
Müasir şairlərin poeziyaları, şeirləri və digər əsərləri dinləmək və oxumaq istəyən 16 yaşdan yuxarı hər kəs tədbirdə iştirak edə bilər.
Tədbir 18 yanvar saat 19:00-da başlayacaq.
Qeydiyyat onlayn formatda aparılır: cutt.ly/CIhLqXV