Bakıdakı Rus Evində “Qafqaz” beynəlxalq fotoklubunun açılışı və “Rus evləri”nin əsərlərinin təqdim olunduğu fotosərgi keçirilib. Bu haqda Azərtac 16 dekabr tarixində xəbər verib.
Tədbirdə klubun rəhbəri Aleksandr Kalinin “Rossotrudniçestvo”nun Bakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov çıxış ediblər.
Çıxışlar bitdikdən sonra Azərbaycanın ən məşhur fotoqraflarının, eləcə də sponsorların və dostların daxil olduğu fotoklubun komandası təqdim olunub.
Tədbirin sonunda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə və müəllim heyətinin təşkil etdiyi birgə konsert olub.
[caption id="attachment_20620" align="alignnone" width="800"]
Foto AZƏRTAC-ın saytı[/caption]