Bakıda Xalq artisti Rafael Dadaşovun 75 illik yubileyinə həsr olunan tədbir keçirilib. Bu haqda Azərtac 19 noyabr tarixində xəbər verib.
Tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində baş tutub.
Aparıcı qismində Aytac Vahabova və Əməkdar artist Vahid Əliyev sənətkarın həyat və yaradıcılığından danışıblar.
Sonda sənətkarın yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
[URIS id=14886]