Bakıda Rami Meirin “Bir Xalqın tarixi - bütün dünya üçün” adlı sərgi keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 23 fevral tarixində xəbər verir.
Martın 1-i Milli Xalça Muzeyində start götürəcək sərgi aprel ayına qədər davam edəcək.
Sərgidə “Dağ yəhudiləri” mövzusunda 30-dan çox kətan, metal üzərində qabartma texnikasında pannolar, ağacdan heykəllər, qiymətli metallardan sikkə tipli medallar nümayiş olunacaq.
Sərginin keçirilməsi Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illik yubileyinə təsadüf edəcək.