Xəzər rayonunda xeyriyyə məqsədli rəsm sərgisi keçiriləcək. Bu haqda 3 fevral tarixində Xəzər Gənclər Evi məlumat verib.
Fevralın 4-ü saat 12:00-da Mərdəkan Mədəniyyət Sarayında rəssam Leyla Əlihümbətovanın rəsmlərindən ibarət “Sehrli palitra” adlı fərdi sərgi keçiriləcək.
Sərgidən əldə olunacaq vəsait "YAŞAT" fonduna ianə ediləcək.