8 dekabr tarixində Bakıda “Əsgərlər unudulanda ölürlər” filminin nümayişi və müzakirəsi təşkil olunacaq. Tədbir Qərb Universitetinin təşkilatçılığı ilə saat 10:00-da universitetin Əhməd Rəcəbli korpusunun Akt zalında baş tutacaq.
Tammetrajlı sənədli film 27 aprel 1920-ci ildə işğalçı Qırmızı Ordu Azərbaycanın sərhədini keçəndə 2 saat onun qarşısını kəsmiş və son nəfəsədək döyüşmüş Yalama qarnizonunun 350 əsgərinin qəhrəmanlığından bəhs edir.
Filmin yaradıcı heyətinin də iştirak edəcəyi tədbirə qoşulmaq üçün qeydiyyatdan keçmək mütləqdir.