16 noyabr tarixində Bakıda "ƏSiRin Zəfəri" adlı tamaşa nümayiş olunacaq. Tədbir Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə eyniadlı məkanda baş tutacaq.
Saat 19:00-da başlayacaq tamaşa "SəhnədəSən-Aktyorluq" klubunun istedadlı üzvlərinin iştirakı ilə səhnələşdiriləcək.
Tamaşa Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinə həsr edilib.
İştirak etmək istəyənlər üçün giriş sərbəstdir.