Bakıda “Təbiətin oyanışı” adlı Novruz sərgisi təşkil ediləcək. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 14 mart tarixində xəbər verir.
“Azərbaycan Xalçaçıları” İctimai Birliyi və “NUR Art House” qalereyası ilə birgə təşkilatçılığı ilə keçiriləcək sərgi martın 17-də baş tutacaq.
Sərgidə “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin üzvlərinin hazırladıqları xalça, bədii tikmə, muncuqla tikmə, keçə, batika, zərgərlik, gəlinciklər və digər dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunacaq.
Sərgi “NUR Art House” qalereyasında açılacaq.