10-11 fevral tarixlərində Bakıda “Türk Tarihinin ilk kadın hükümdarı - Tomris” filminin nümayişi keçiriləcək. Bu haqda BakuPlus.az xəbər verir.
2019-cu ildə Qazaxlar tərəfindən lentə alınmış "Tomris" filmi tarixi qəhrəman olan ilk türk qadın hökmdarın doğuluşundan hakimiyyətinə qədər olan hekayənin süjet xəttinə malikdir. Ana süjet xəttində biz Tomrisin II Kir ilə olan müharibəsini, intiqam hekayəsini izləyirik.
Film 10 fevralda orijinal dildə, türk altyazılarla, 11 fevral tarixində isə rus dilində dublyajla nümayiş olunacaq.
Hər iki nümayiş Qərb Universitetinin Əhməd Rəcəbli korpusunun Akt zalında saat 12:00-da baş tutacaq.