19 noyabr tarixində Bakıda “Xəyaldan Gerçəyə” adlı sərgi keçiriləcək. Tədbir NUR Art House-un təşkilatçılığı ilə eyniadlı məkanda saat 19:00-da başlayacaq.
Bu, “Üslubların harmoniyası” incəsənət həvəskarları klubunun təqdimatında ilk fərdi sərgi olacaq.
Sərgidə Türkiyə vətəndaşı Ahmet Naim Pir ilk dəfə təxəyyülündə yaradaraq kağız, iplik və alçı vasitəsilə gerçəkləşdirdiyi müxtəlif üslublu əl işlərini tamaşaçılara təqdim edəcək.
İştirak etmək istyənlər üçün giriş sərbəstdir.
Əlavə məlumat üçün əlaqə nömrəsi: +994 12 497 04 54