Azərbaycan Dövlət Film Fondunda yeni fotosərgi fəaliyyətə başlayıb. Bu haqda film fondunun mətbuat xidməti məlumat yayıb.
Sərgi Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, “Şöhrət” ordenli kinorejissor və kinooperator Rasim Ocaqovun doğum gününə həsr olunub.
Ekspozisiyaya görkəmli rejissorun həyat və yaradıcılığını əks etdirən və Dövlət Film Fondunda qorunan şəxsi arxiv fondundakı 50-dən artıq fotoşəkil nümayiş etdirilir.
Fotosərgi noyabrın 29-na kimi davam edəcək.