7 dekabr tarixində Bakıda Tara Pandeyanın rəhbərliyi ilə rəqs üzrə master-klas və təqdimat keçiriləcək. Təlim Salaam Cinema Bakunun təşkilatçılığı ilə eyniadlı məkanda saat 19:00-da baş tutacaq.
Təqdimat oktyabr ayındakı rəqs laboratoriyasından video kliplərlə başlayacaq.
Tədbirdə rəqs vasitəsi ilə daha çox empatiya və inklüzivliklə mədəni dominant qərəzləri öyrənmək və aradan qaldırmağın yolları izah olunacaq.
Keçirilməsi yalnız bir gün nəzərdə tutulan tədbirə giriş ödənişsizdir.