Dünyaca məşhur caz ifaçısı Vaqif Mustafazadənin anadan olmasının 82 ili tamam olur. Bu münasibətlə 17 mart, saat 16:00-da ifaçının musiqi irsinə həsr olunan konsert təşkil ediləcək. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 16 mart tarixində xəbər verir.
ADA Universiteti və Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq tədbirdə dahi bəstəkar Vaqif Mustafazadənin keçdiyi yaradıcılıq yoluna nəzər salınacaq, “Amerikanın səsi” radiosunda 40 ildən çox “Caz saatı” verilişinin aparıcısı olmuş Uillis Konnoverin Vaqif Mustafazadəyə həsr etdiyi verilişlərdən bəhs olunacaq və Azərbaycan musiqiçilərinin ifasında Amerika caz musiqi nümunələri və Vaqif Mustafazadənin əsasını qoyduğu caz-muğam üslubunda kompozisiyalar səsləndiriləcək.
Tədbir “Vaqif Mustafazadə və Uillis Konnover” mövzusunda keçiriləcək.