Bakıda tanınmış rəssam Adalet Karanın “Xəyallarımın arxasında” adlı fərdi sərgisi açılıb. Bu haqda BakuPlus.az Azərtac-a istinadən 25 fevral tarixində xəbər verir.
Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən sərgi Muzey-Sərgi Kompleksində baş tutub.
70 əsərin nümayiş olunduğu sərginin məqsədi Xocalı soyqırımı həqiqətlərinin ictimaiyyətə çatdırılmasına, faciənin qurbanlarının xatirələrinin yad edilməsinə, onların gənc nəsil tərəfindən unudulmamasına yönəlib.
[caption id="attachment_34816" align="alignnone" width="800"]
Foto Azərtac.az saytından[/caption]