Bakıda Xalq rəssamı, xalçaşünas-alim Lətif Kərimovun 115 illik yubileyi qeyd olunub. Tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbində baş tutub. Bu haqda 30 noyabr tarixində Azərtac xəbər verib.
Dünyada birinci Xalça Muzeyinin əsası xalçaçı-rəssam Lətif Kərimovun təşəbbüsü ilə qoyulub.
Tədbirdə Lətif Kərimovun həyat və yaradıcılığı ilə yanaşı onun eskizləri əsasında Nizami ”Xəmsə”sinin motivləri, “M.Füzuli”, “İ.Nəsimi”, “Memar Əcəmi”, “Qarabağ”, “Şəbi-hicran” və başqa süjetli xalçaları barədə də danışılıb.
Yubiley çərçivəsində rəsm şöbəsi şagirdlərinin rəssamın eskizləri əsasında hazırladıqları sərgiyə baxış keçirilib.
Sonda “Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsinin qalibləri diplomlarla mükafatlandırılıblar.
[URIS id=16322]