Milli Xalça Muzeyində ustad dərsləri keçiriləcək. Bu haqda BakuPlus.az xəbər verir.
“Rəngarəng qobelen dünyası” sərgisi çərçivəsində baş tutacaq ustad dərsləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin “Dizayn və dekorativ tətbiqi sənət” kafedrasının baş müəllimi Tamilla Abdullayeva tərəfindən keçiləcək.
Təlimlər 19 və 20 fevral tarixlərində baş tutacaq.
[caption id="attachment_33406" align="alignnone" width="986"]
Foto Mədəniyyət Nazirliyinin rəsmi saytı[/caption]