Ötən gün Bakı Kitab Mərkəzində "Xayku Xəzərin dalğalarında" IV respublika müsabiqəsinin nəticələri açıqlanıb. Bu haqda AZƏRTAC 23 oktyabr tarixində xəbər verib.
Müsabiqə Azərbaycan Yazıçılar Birliyinin "Luç" Mədəniyyət Xadimləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.
Tədbirdə professor Tofiq Məlikli, Azərbaycan Yazıçılar Birliyinin üzvü Marat Şəfiyev, yapon mədəniyyəti üzrə rusiyalı mütəxəssis Anna Yeqorova, Azərbaycan Yazıçılar Birliyinin katibi, Yaponiya Səfirliyinin ölkəmizdəki mədəniyyət attaşesi Ono Taici və başqaları çıxış ediblər.
Sonda Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın imzası ilə diplom və xatirə hədiyyəsi müsabiqənin qalibi olan Natəvan Məcidovaya təqdim olunub.
Xayku (Xokku) - XIV əsrdən bəri tanınan üç misralı yapon şeir janrıdır. Xayku yazan şairlər xaydzin adlanırlar.