15 dekabr tarixində Bakıda xeyriyyə konserti baş tutacaq. Hər il Yeni il bayramı ərəfəsində Macarıstanın Azərbaycandakı səfirliyi və “Nargis” fondu və jurnalının birgə təşkilatçılığı ilə keçirilən konsert və yarmarkadan ibarət xeyriyyə axşamı Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində saat 19:00-da keçiriləcək.
Xeyriyyə konsertində Macarıstan Dövlət Xalq Ansamblı və Pál István Band və Azərbaycan Respublikasının xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, pianoçu Murad Hüseynov iştirak edəcəklər.
Ənənəyə sadiq qalaraq, bilet satışından, həmçinin Dövlət Filarmoniyasının foyesində təşkil olunacaq xeyriyyə yarmarkasından əldə olunan bütün gəlir Elmi–Тədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Müalicə Mərkəzinə yönləndiriləcəkdir.