Bakıda Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 12 may tarixində xəbər verir.
Mayın 18-də AMEA Dilçilik İnstitutunda “Xurşidbanu Natəvanın poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri” mövzusunda elmi sessiya keçiriləcək.
Prezident İlham Əliyevin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi” haqqında Sərəncamına əsasən, respublikamızda müxtəlif tədbirlər təşkil edilir.