Bakıda “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin final mərhələsinə start verilib. Bu haqda 30 noyabr tarixində Bakı Şəhəri üzrə Təhsl İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Müsabiqənin final mərhələsində iştirakçılar “Şeir” və “Mahnı” nominasiyaları üzrə çıxışlarını təqdim edirlər.
Final mərhələsində ilk üç yerə ümumilikdə 9 şagird Münsiflər heyəti tərəfindən qalib kimi müəyyənləşdiriləcək. 5 nəfər həvəsləndirici yerə layiq görüləcək, 15 şagirdə isə fəal iştiraka görə “Tərifnamə” təqdim olunacaq.
Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək, şagirdləri müsabiqəyə hazırlaşdıran müəllimlər isə “Tərifnamə” ilə təltif ediləcək.
[URIS id=16302]