17 dekabr tarixində Bakıda yeni nəsil Azərbaycan animasiyasının müzakirəsi baş tutacaq. Müzakirə Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Kino evində saat 19:00-da keçiriləcək.
Mövzusu və dəst-xətti ilə seçilən yeni nəsil Azərbaycan animasiyası Ağaməli Əliyev, Sevinc Quliyeva, Ruslan Kərimov və Sevda Sultanova tərəfindən müzakir olunacaq.
Tədbirdə “Araxçın”, “Sərçə”, “İnilti”, “65+/Qar kürəsi/Bir arzu tut”, “Quzğun”, “Pinqvinlər uçur”, “Başlanğıc” animasiyaları müzakirəyə qoyulacaq.