Noyabrın 11-də Bakıda "Zəfərin səsi" adlı konsert təşkil olunacaq. Bu haqda 10 noyabr tarixində “Davam” Gənclər Hərəkatı məlumat verib.
11 noyabr saat 17:00-da "Park Bulvar"da "Zəfərin səsi" adlı konsert proqramı keçiriləcək. Anım konsert 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı təşkil olunur.
Qeyd edək ki, "Zəfərin səsi" adlı konsertində iştirak ödənişsizdir.