28 yanvar tarixində Bakıda “Mandarin bağı” filmi nümayiş olunacaq. Filmin nümayişi Bakı Gənclər Mərkəzində saat 15:00-da baş tutacaq.
Film Gürcüstanın Qarabağla oxşar problemlərə malik Abxaziya regionunda baş verənlərdən bəhs edir.
Mərkəzin kino klubu tərəfindən təşkil olunacaq filmə baxış ödənişsizdir.