top
Bakı Kitab Evində “Qafqaz günləri” əsərinə həsr olunmuş ədəbi gecə keçiriləcək
05 mart 2022, 04:50
- ↺ +

Bakı Kitab Evində “Qafqaz günləri” əsərinə həsr olunmuş ədəbi gecə keçiriləcək

Bakıda Azərbaycan əsilli fransız müəllif Baninenin “Qafqaz Günləri” əsərinə həsr olunmuş ədəbi gecə təşkil ediləcək. Bu haqda BakuPlus.az bu gün, 5 mart tarixində xəbər verir.

Tədbir Fransa Səfirliyi və Azərbaycan Fransız İnstitutu (İFA), Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Art Council-in əməkdaşlığı ilə keçiriləcək.

FantazEU Avropa festivalı çərçivəsində keçiriləcək tədbirdə şairə, “Qafqaz Günləri” əsərinin fransızcadan rus dilinə tərcüməçisi Ülviyyə xanım Axundova, fəlsəfə müəllimi, Lion Normal Ali Məktəbinin məzunu cənab Bönua Filu, Bakı Dövlət Universitetinin fransız dili müəllimi, Akademik Palma mükafatının zabit dərəcəsi ilə təltif edilmiş, xanım Azelma Həsənova kimi bir çox şəxsiyyətlər iştirak edəcəklər.

Banine 1905-ci ildə Bakıda azərbaycanlı neftçi-oliqarxın zəngin ailəsində anadan olub. O, İlk Azərbaycan Xalq Cümhuriyyətinin Ticarət və Sənaye naziri Mirzə Əsədullayevin qızı idi.

Gecə üç dildə, Azərbaycan, fransız və rus dillərində keçiriləcək. Tədbir boyu fransız və Azərbaycan dillərində ardıcıl tərcümə təmin olunacaq.

Bu tədbirə qeydiyyat aşağıdakı ünvanda e-poçt vasitəsilə aparılır: FantazEU2022@gmail.com

Zəhmət olmasa ingilis, rus və ya Azərbaycan dillərində yazın.

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər