22 yanvar tarixindən etibarən Bakı Marionet Teatrı “Arşın Mal Alan” tamaşasını təqdim edəcək. Bu haqda teatrın mətbuat xidməti məlumat yayıb.
7 yaşından yuxarı şəxslər üçün nəzərdə tutulmuş tamaşanın nümayişi saat 19:00-da teatrın İçərişəhərdəki binasında baş tutacaq.
Bir nəfər üçün biletin qiyməti 16 manat təşkil edir.
Biletləri teatrın kassasından və ya onlayn əldə edə bilərsiniz.