Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi təqdim olunacaq. Bu haqda Bakı Media Mərkəzi 2 noyabr tarixində xəbər verib.
Sənədli film geniş auditoriyaya Zəfər bayramı ərəfəsində təqdim olunacaq. Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə öz əksini tapacaq.
Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.
“Şuşaya girəndə özümü çox xoşbəxt hiss etdim. Vicdanımın nə qədər rahatlıq içində olduğunu hiss etdim”, - deyə Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev Şuşa ilə bağlı təəssüratlarını bölüşüb.