top
Bakı Musiqi Akademiyasında istedadlı musiqiçilər arasında Beynəlxalq festival-müsabiqə keçiriləcək
16 mart 2022, 11:20
- ↺ +

Bakı Musiqi Akademiyasında istedadlı musiqiçilər arasında Beynəlxalq festival-müsabiqə keçiriləcək

Bakıda “Musiqiçilərin Pedaqoji Ustalığı” Birinci Beynəlxalq festival-müsabiqəsi keçiriləcək. Bu haqda 16 mart tarixində Bakuplus.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.

İyulunun 1-dən 30-na kimi Bakı Musiqi Akademiyasının 100 və BMA-nın nəzdində Orta ixtisas musiqi məktəb-studiyasının 40 illiyinə həsr olunmuş  “Musiqiçilərin Pedaqoji Ustalığı” Birinci Beynəlxalq festival-müsabiqəsi təşkil olunacaq.

Müsabiqənin əsas məqsədi müxtəlif ölkələrin istedadlı musiqiçiləri arasında əlaqələrin yaxınlaşması və genişləndirilməsi, ibtidai, orta və ali təhsil müəssisələrində bütün fənlər üzrə ümumi və peşəkar musiqi təhsilinin həm yerli, həm də xarici müəllimlərin qabaqcıl təcrübələrinin qarşılıqlı mübadiləsindən ibarətdir.

Festival-müsabiqənin şərtləri:


  • Festival-müsabiqə açıq dərslər formasında keçirilir. Reqlament – 30 dəqiqəyə qədər;

  • Açıq dərslərin videoyazıları YouTube saytına yerləşdirilməlidir;

  • Çıxış Azərbaycan, türk, rus və ingilis dillərində (istəyə görə) olmalıdır;

  • Festivalın ən yaxşı iştirakçıları diplom və sertifikatlarla təltif olunur;

  • Qaliblər Beynəlxalq müsabiqənin laureatı və diplomantı adına layiq görülür. Digər iştirakçılara sertifikat veriləcək;

  • Qaliblər Beynəlxalq münsiflər tərəfindən təyin olunur. Münsiflər heyətinin qərarı həlledicidir: burada nə şikayət vermə, nə də təkrar müzakirə ola bilməz;

  • Festival-müsabiqənin ən yaxşı dərslərinin YouTube linkləri Bakı Musiqi Akademiyasının rəsmi saytında yerləşdiriləcək.


Festivalda iş stajından və mövcud ixtisas kateqoriyasından asılı olmayaraq, yaş məhdudiyyəti olmadan bütün müəllimlər iştirak edə bilər. Müsabiqədə isə (festival çərçivəsində) 50 yaşa qədər müəllimlər iştirak edə bilər.

Festival-müsabiqədə iştirak üçün namizədlər sənədlərini 30 aprel 2022-ci il tarixinə qədər musicstudiobaku@hotmail.com elektron ünvana göndərməlidirlər.

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər