Bakıda Muzey Mərkəzində 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə həsr olunan “Zəfər” sərgisi açılıb. Bu haqda bu gün, Oxu.az məlumat yayıb.
Ekspozisiya 100-dən çox rəngkarlıq, qrafika, heykəltaraşlıq və dekorativ-tətbiqi sənət əsərlərindən ibarətdir. Sərgidə Azərbaycanın xalq rəssamları - Səlhab Məmmədov, Fərhad Xəlilov, Arif Hüseynov, Siruz Mirzəzadə ilə yanaşı, gənc rəssamların Qarabağa və Qələbə gününə həsr olunmuş əsərləri də nümayiş olunur.
Muzey Mərkəzində “Zəfər” sərgisi noyabrın 10-dək davam edəcək. Giriş pulsuzdur.