“Nizami Gəncəvi ili” münasibəti ilə daha bir sıra tədbirlər təşkil olunacaq. Bu haqda bu gün, 15 noyabr tarixində Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
15 noyabr saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Nizaminin əsərlərindən ibarət ibarət Vokal Musiqisi axşamı keçiriləcək.
16 noyabr 19:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayevin "Yeddi Gözəl" baletinin nümayişi baş tutacaq.
17 noyabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Kamera Orkestrinin konserti təşkil olunacaq.
20 noyabr saat 19:00-da isə Fikrət Əmirovun "Nizami" baletinin premyerası keçiriləcək.
[URIS id=14419]