19 yanvar tarixində Bakıda "Əgər indi yaşasaydım..." adlı rəsm sərgisi təşkil olunacaq. Bu haqda BakuPlus xəbər verir.
"Hədəf 5%" proqramı çərçivəsində və Bakı Slavyan Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən sərgi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ofisində saat 12:00-da baş tutacaq.
20 yanvar hadisələri zamanı şəhid olan Habil Əzizovun foto sərgisini keçirməkdə əsas məqsəd onun xatirəsini yad etmək, qəhrəmanlıq şücaətini tələbələrə, gənclərə çatdırmaqdır.