Bakı Uşaq və Gənclər Teatrının yanvar ayı üçün repertuarı açıqlanıb. Bu haqda 5 yanvar tarixində Teatrın rəsmi səhifəsində məlumat verilib.
Cari ay ərzində keçiriləcək tamaşaların siyahısı aşağıdakı kimidir:
- 8 Yanvar 12:00 – “Danışan Gəlincik” (Abdulla Şaiq. İlhamə Əhmədova)
- 15 Yanvar 12:00 – “Çay dəstgahı” (Cəlil Məmmədquluzadə. Könül Şahbazova)
- 19 Yanvar 15:00 – “Cənnətə bilet” (İlhamə Əhmədova)
- 22 Yanvar 12:00 – “Humayın yuxusu” (Elçin. Könül Şahbazova)
- 29 Yanvar 12:00 – “Sehrli Tütək” (İntiqam Soltan)
Biletləri teatrın kassalarında əldə etmək mümkündür.