Bakı Uşaq və Gənclər Teatrında “Sehrli tütək” tamaşası nümayiş olunacaq. Bu haqda 28 yanvar tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
Uşaq və Gənclər Teatrının tanınmış aktyoru Natiq Fərzəliyevin 60 illik yubileyi münasibətilə 29 yanvar, saat 12:00-da “Sehrli tütək” tamaşası nümayiş olunacaq. Tamaşa Qaraçuxur qəsəbəsi, Q. Abbasov adına Mədəniyyət Sarayında keçiriləcək.
Tamaşa salonunda pandemiya ilə əlaqədar cəmi 50% tamaşaçı qəbul ediləcək. 2 vaksinli COVİD-19 pasportu olmayan tamaşaçılar zala buraxılmayacaq.