13 noyabr tarixində “Qırmızıpapaq” nağılı tamaşasının premyerası keçiriləcək. Bu haqda Bakı Şəhər Mədəniyyət İdarəsi məlumat verib.
Bakı Uşaq və Gənclər Teatrı 5-10 yaş arası üşaqlar üçün Şarl Perronun “Qırmızıpapaq ” nağılı əsasında hazırlanmış tamaşanın premyerasını keçirəcək. Premyera 13 noyabrda Qaraçuxur qəsəbəsində Q. Abbasov adına Mədəniyyət Evində nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru İlhamə Əhmədova, rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu Könül Şahbazovadır.