11 dekabr tarixində Khatai Art Centre-da “Akvarel workshop” müsahibəsi keçiriləcək.
11 dekabr saat 14.00-da Khatai Art Centre-da keçiriləcək müsahibə Nizami Gəncəvinin 880 illiyinə həsr edilir. Tədbirin əsas məqsədi rəssamların yaradıcı ünsiyyəti, təcrübə, bilik mübadiləsi,texnika incəlikləri ilə bir biri ilə bölüşməsidir.
Tədbirdə 18 yaşından yuxarı rəssamlar iştirak edə bilərlər. Rəssamlar Nizami Gəncəvi və yaradıcılığı ilə bağlı hər bir janr (fiqurativ, mənzərə, natürmort) mövzusunda akvarellə çəkilmiş rəsimlərini iws_azerbaijan instagram səhifəsinə atıb qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş rəssamlar özləri ilə boya, kağız və fırçalarını gətirməlidirlər. Molbertlər qalereya tərəfindən təqdim ediləcək.