Bakıda “Akvarel Təəssüratları” adlı sərgi keçiriləcək. Bu haqda 14 fevral tarixində BakuPlus.az xəbər verir.
1 mart tarixində Bakı Xətai Sənət Mərkəzində baş tutacaq sərgi saat 18:00-da keçiriləcək.
Beynəlxalq Akvarel Cəmiyyətinin (IWS Globe International Watercolor Society) 10 illik yubileyinə həsr olunmuş sərgi bu sahədə çalışan rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil olunur.
Sərgidə 60-a yaxın suluboyaçı rəssam 80-ə qədər əsəri ilə təmsil olunur. Akvarel əsərlərdən ibarət sərgidə əl işləri nümayiş olunan rəssamlara hədiyyələr və sertifikatlar təqdim ediləcək və sərginin elektron kataloqu təqdim olunacaq.