İçərişəhərdə yerləşən Bakı Fotoqrafiya evində "Fokusdan kənar" adlı fotosərgisi açılıb. Avqustun 1-i saat 19:00-da sərgi çərçivəsində alman klassik kinomatoqrafı Vim Vendersinin "Yerin duzu" filmi nümayiş ediləcək. Sərgi avqustun 15-dək davam edəcək. Giriş sərbəstdir.
Sərgidə ekoloji problemlər estetik cəhətdən izah olunur. Ziyarətçilərə bugünkü vəziyyəti müasir Azərbaycan fotoqraflarının fərqli nöqteyi-nəzərindən görmək təklif olunur. Sərginin şüarı "Planet sənin onu yaratdığın kimidir".
Tədbir 3 hissədən ibarət olacaq.
Avqustun 17-də Latviya səfirliyinin dəstəyi ilə Landmarkdakı Rotunda da xeyriyyə hərracı nəzərdə tutulub. Burada sərgilənən əsərləri almaq mümkün olacaq. Toplanan vəsait Azərbaycandakı ekoloji layihələrə dəstək məqsədilə xərclənəcək.