Bakıda “Biz niyə foto çəkirik?” adlı tədbir keçiriləcək. Bu haqda BakuPlus.az 15 fevral tarixində xəbər verir.
Baku Community Space-in binasında baş tutacaq tədbir fotoqraflara və fotoqrafiya sahəsi həvəskarlarına fokuslanıb. İnteraktiv, müzakirəyə açıq şəkildə keçiriləcək tədbirdə maksimum 20 iştirakçı nəzərdə tutulub.
Spiker qismində "İşıqla çəkirəm" platformasının təsisçisi, fotoqraf Nurlan Babazadə olacaq.
15 fevral, saat 18:30-da keçiriləcək tədbirdə iştirakınızı qeydiyyatdan keçərək təsdiqləmək mütləqdir.