top
Bu gün 20-ci əsrin ən böyük caz ifaçılarından biri olan Vaqif Mustafazadənin doğum günüdür
16 mart 2023, 05:01
- ↺ +

Bu gün 20-ci əsrin ən böyük caz ifaçılarından biri olan Vaqif Mustafazadənin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Görkəmli Azərbaycan caz bəstəkarı və pianoçusu Vaqif Mustafazadə 1940-cı il martın 16-da Bakıda anadan olub. Bu gün 83 yaşı tamam olacaqdı. Bakuplus.az dahi musiqiçinin qısa və parlaq həyatından maraqlı faktları təqdim edir:


  • Musiqiçi 1940-cı il martın 16-da anadan olub, 1979-cu il dekabrın 16-da vəfat edib. Onun həyatında çox şey 16 rəqəmi ilə bağlı olub;

  • Anası Zivər Əliyeva dahi Üzeyir Hacıbəyovun ilk tələbələrindən olub. O, balaca Vaqifi muğamla tanış edib;

  • Mustafazadə konservatoriyanı bitirməyib. 1-ci kursda istədiyini oynamağa icazə verilmədiyi üçün oranı tərk edib. SSRİ-də o zaman caza şübhə ilə baxılırdı;

  • 1966-cı ildə pianoçuya Gürcüstanın Orero ansamblında musiqi rəhbəri işləmək təklifi gəlib. Orada o, Nani Breqvadze və Vaxtanq Kikabidze ilə işləməyə başlayıb;

  • Vaqif Mustafazadə caz-muğam adlı Azərbaycan milli cazının banisidir. O, cazı muğamla məharətlə birləşdirib və bu janrı 1969-cu ildə yaradıb. Bunun üçün Tbilisidən Bakıya qayıdıb;

  • Respublikanın mədəniyyət naziri Rauf Hacıyev çox istəyirdi ki, beynəlxalq müsabiqələrdə, caz festivallarında Vaqif Gürcüstanı deyil, Azərbaycanı təmsil etsin. Elə həmin il "Bakı. Caz-69" caz festivalı təşkil olunub, və bakılılar sevimli pianoçuya qulaq asırdılar;

  • Vaqif Amerika cazını elə ifa edirdi ki, bir dəfə Tbilisidə orada qonaq olan “bluz kralı” B.B.Kinq onu eşidərək tamaşaçı zalından ona qışqırıb: “Cənab Mustafazadə, mən də bizim musiqini sizin ifa etdiyiniz kimi ifa etmək istəyirəm!";

  • Vaqif Mustafazadə iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı Nərmin adlı qız olub. Qız musiqiçini ilk dəfə universitetdəki konsertdə görüb və ona ilk baxışdan aşiq olub. Onları görkəmli yazıçı Rüstəm İbrahimbəyov tanış edib. Cütlüyün hazırda Fransada yaşayan və işləyən Lalə adlı bir qızı var;

  • Nərmin yaradıcı adam deyildi, Vaqifi başa düşmürdü, ona görə onlar tez ayrıldılar. Tbilisidə Vaqif Gürcüstan Filarmoniyasının solisti Elza Bandzeladze ilə tanış oldu. O, sevgilisini Bakıya gətirib. O, artıq qızı Əzizəyə hamilə idi. Tezliklə onlar münasibətləri qanuniləşdirdilər;

  • Onun hər iki qızı istedadlı musiqiçi olub;

  • Onun son konserti Daşkənddə olub. Tamaşa zamanı o, artıq kütləvi infarkt keçirmişdi. Konserti keçirərək Vaqif Mustafazadə səhnə arxasına keçib, dərhal xəstəxanaya aparılıb və səhər saat 6:00-da dünyasını dəyişib;

  • Onun ölümündən sonra Amerikanın Səsinin “Jazz Time” verilişinin aparıcısı Uillis Konover bir saatlıq şousunu Vaqif Mustafazadəyə həsr edib;

  • 1962-ci ildə Nikita Xruşov cazı tənqid edərək onu musiqi deyil, kakofoniya adlandırırdı. Sevdiyi yaxşı musiqi nümunəsi kimi Xruşov Ukrayna xalq mahnısı "Ruşniçok"u göstərdi. Cavab olaraq Vaqif Mustafazadə bu mahnıya parafraz yaradıb.


Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Bu gün, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Bu gün, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Bu gün, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Bu gün, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Bu gün, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Bu gün, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Bu gün, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Bu gün, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Bu gün, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Bu gün, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Bu gün, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Bu gün, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Bu gün, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Bu gün, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Bu gün, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Bu gün, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Bu gün, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Bu gün, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Bu gün, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
Dünən, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
Dünən, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Dünən, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
17 oktyabr 2026, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Oxşar xəbərlər