Bu gün SSRİ Xalq artisti, Azərbaycan SSR Xalq artisti, professor, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Avrasiya Akademiyasının qurucu üzvlərindən biri olmuş Arif Məlikovun doğum günüdür.
Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakıda anadan olub.
Görkəmli bəstəkar “Sehrli xalat”, “Axırıncı aşırım”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” kimi filmlərin musiqilərinin müəllifidir.
26 yaşında yazdığı “Məhəbbət əfsanəsi” ilə milyonların məhəbbətini qazanan sənətkar “Metamorfozlar”, Nazim Hikmətin sözlərinə 2 vokal silsilə, xalq çalğı alətləri orkestri üçün əsərlər, 7 nömrəli simfoniya, “Azərbaycan” balladası, 8 nömrəli simfoniya və digər teatr tamaşalarına yazdığı musiqiləri ilə çoxdan əbədiyaşarlıq qazanıb.
Arif Məlikov 2019-cu il mayın 9-da 85 yaşında dünyasını dəyişib və I Fəxri xiyabanda dəfn olunub.