Azərbaycan kinosunun incilərindən olan Nəcibə Məlikovanın vəfatından 30 il ötür.
Kino tariximizdə bənzərsiz rollar ifa etmiş Nəcibə Məlikova yaradıcılıq fəaliyyətinə görə Azərbaycan SSRİ Xalq Artisti adına kimi yüksəlmişdir.
“Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”-da Nərgiz xala onun yaddaşlara ömürlük həkk olunan rolları arasındadır.
Sevilən və hələ də baxılan filmlərdən olan “Ögey ana”da isə Nəcibə Məlikova öz həyatını canlandırıb.
Görkəmli sənətkar 1992-ci il iyulun 27-də vəfat edib və ikinci Fəxri xiyabanda dəfn olunub.