top
Bu gün Xalq artisti Fidan Hacıyevanın doğum günüdür
07 sentyabr 2022, 00:35
- ↺ +

Bu gün Xalq artisti Fidan Hacıyevanın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Xalq artisti Fidan Hacıyeva 46 yaşını qeyd edir.

Fidan Hacıağa qızı Hacıyeva 7 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano sinfinə daxil olub. Orada təhsilini bitirdikdən sonra, 1994-cü ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma (vokal) fakültəsinə qəbul olub. Professional təhsil alan vokalist, daha sonra 1998-ci ildə Rusiya Federasiyasının Xalq artisti, dünya şöhrətli İrina Arxipovadan vokal sənəti üzrə ustad dərsləri alıb.

Fidan Hacıyeva 1996-cı ildən bu günədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yüksək dərəcəli vokalist kimi fəaliyyətini davam etdirir. Corc Bizenin “Karmen” operasında Karmen roluna görə “Ən gənc Karmen” adına layiq görülüb.

Cüzeppe Verdinin “Aida” operasında Amneris, “Trubadur” operasında Azuçena, “Riqolleto” operasında Maddalena, “Traviata” operasında Flora, Cakoma Rossinin “Sevilya bərbəri” operasında Rozini, "Suor Ancelika" operasında La Prinçipessa, Üzeyir Hacıbəylinin “Koroğlu” operasında xanəndə qız, “Arşın mal alan” operettasında Asiya, Fikrət Əmirovun “Sevil” operasında Gülüş partiyalarını yüksək peşəkarlıqla ifa edib.

2010-cu ildə dünya şöhrətli mezzo-soprano Bruna Buglioninin yanında vokal təhsilini davam etdirib.

2006-cı ildə opera müğənnisi “Azərbaycan Respublikasının Əməkdar artisti” adına layiq görülüb və Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunub.

2015-ci ildə Fidan Hacıyevaya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin leytenantı rütbəsi verilib.

2016-cı ildə isə öz adını daşıyan, illərdir gerçəkləşdirmək istədiyi Musiqi Mərkəzini yaradıb.

Fidan Hacıyeva 2003-cü ildə Filip Naylorla ailə qurub. Bu nigahdan onların 2 oğlu və 1 qızı var.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Zəngilan şəhərinin azad olunduğu gündür

Xəbər
Bu gün, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Aktual Xəbərlər
Dünən, 17:54

"Laqonda"ya görə dalaşdı – 4 il həbs cəzası aldı

Aktual Xəbərlər
Dünən, 17:08

Bakının bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xəbər
Dünən, 16:54

Xırdalanda kişi hamilə qadını oğlunun gözü qarşısında DÖYDÜ

Xəbər
Dünən, 16:16

Biləcəri sakinləri meşəlik ərazidə gecələr baş verən intim görüşlərdən şikayətçidirlər

Aktual Xəbərlər
Dünən, 16:02

Xətai rayonunda iki avtomobil toqquşdu - ÖLƏN VAR

Aktual Xəbərlər
Dünən, 15:50

Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Aktual Xəbərlər
Dünən, 14:50

AQTA vaxtı keçmiş və istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələrlə çirklənmiş ərazilərin təmizlənməsinə 350 min xərcləyəcək

Aktual Xəbərlər
Dünən, 14:34

Azərbaycanda onkoloji xəstəliklərə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Aktual Xəbərlər
Dünən, 13:40

ADY: 9 ayda hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılıb

Aktual Xəbərlər
Dünən, 12:39

Bakının bəzi ərazilərində qaz olmayacaq

Aktual Xəbərlər
Dünən, 12:11

TƏBİB Səhiyyə Nazirliyinə verildi: Bakı sakinləri üçün nə dəyişəcək?

Xəbər
Dünən, 11:37

Teymur Musayev Baş nazirin müavini təyin olundu

Aktual Xəbərlər
Dünən, 11:36

Nazir təyin edilən Anar Bayramov kimdir? - DOSYE

Aktual Xəbərlər
Dünən, 11:30

Anar Bayramov səhiyyə naziri təyin edilib

Aktual Xəbərlər
Dünən, 11:27

Bakının park və həyətləri yenilənəcək

Aktual Xəbərlər
Dünən, 10:27

Xırdalan şəhərində iki yeni tunel və yol ötürücüsü inşa ediləcək

Xəbər
Dünən, 10:10

Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi

Xəbər
Dünən, 09:59

Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

Aktual Xəbərlər
Dünən, 09:47

Ötən həftə 4 nəfərin meyiti FHN tərəfindən təhvil verilib

Aktual Xəbərlər
Dünən, 09:23

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Xəbər
18 oktyabr 2026, 23:19

19-25 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Aktual Xəbərlər
18 oktyabr 2026, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Oxşar xəbərlər